"Əmlak vergisi Bəyannaməsi"nə dəyişikliyin səbəbi sadələşdirilmiş vergi ödəyiciləridir

"Əmlak vergisi Bəyannaməsi"nə dəyişikliyin səbəbi sadələşdirilmiş vergi ödəyiciləridir

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev  bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, əmlak vergisi bəyannaməsinin və onların əlavənin tərtib edilməsi qaydalarına dəyişikliklərlə bağlı açıqlama verib: «Əmlak vergisinin bəyannaməsi»nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur.

Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub."

Mənbə: vergiler.az

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər