Vergilər Naziri vətəndaşları qəbul etdi

Vergilər Naziri vətəndaşları qəbul etdi

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin verdiyi məlumata əsasən, Mayın 30-da vergilər naziri Mikayıl Cabbarov Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Şamaxı, Ağsu və Qobustan rayon sakinləri iştirak edib. Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

 

0 Komment

    Şərh yazın