Prezidentin tapşırığı ilə əmək haqqı üzrə vahid vergi yükü tətbiq olunur?

Prezidentin tapşırığı ilə əmək haqqı üzrə vahid vergi yükü tətbiq olunur?

Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemi üçün inqilabi dəyişiklik olacaq əmək haqqından vahid vergi yükü haqqında məlumat verib. Cənab nazir çıxışı zamanı maraqlı məqama da toxunub: " Cənab Prezidentin tapşırığı ilə, vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əmək haqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur." Çıxışdan göründüyü kimi, əmək haqqı üzrə vergi yükünün azaldılması Prezident İlham Əliyevin nəzarətindədir və məhz onun tapşırığı ilə təkliflər hazırlanıb.

Vahid vergi yükünə gəlincə isə, aldığımıız məlumata əsasən, hal-hazırda konkret mexanizm müəyyən olmasa da, məqsəd işəgötürənləri əmək haqlarını leqallaşdırmağa sövq etməkdir: "Hal-hazırda vergi ödəyici əmək haqqı ödənişi ilə bağlı vergi və sosial ayırmalar üçün kifayət qədər vəsait ödəyir. Amma bu dəyişiklikdən sonra, əmək haqqı üzrə gəlir vergisi və sosial ayırmalar üzrə hesablamalar vahid vergi yükü altında cəmləşdiriləcək."

Vahid vergi yükünün faiz məbləğinə gəlincə, mənbə bildirib ki, bu məsələ ilə bağlı konkret faiz müəyyənləşməyib: "Hal hazırda vergi ödəyicisi bir işçinin əmək haqqısı üzrə orta hesabla 39 faiz (14 faiz vergi + 25 faiz sosial ayırma) icbari ödəniş ödəyir. Vahid vergi yükünün tətbiqi zamanı bu məbləğin əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub. Bundan əlavə, az və yüksək əmək haqqı  üzrə faiz dərəcələri də fərqli olması nəzərdə tutulur".

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 
 
 
 

 

 

 

0 Komment

    Şərh yazın