Vergilər Nazirindən yoxlamaların azadılması haqqında POZİTİV RƏQƏM AÇIQLAMASI

Vergilər Nazirindən yoxlamaların azadılması haqqında POZİTİV RƏQƏM AÇIQLAMASI

Mayın 25-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. 

M.Cabbarov həmçinin yoxlamalar haqqında məlumat verib: "2018-ci ilin ilk 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayı 40% azaldılıb."

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər