Tanınmış hüquqşunas: "Vergi Məcəlləsi bütövlükdə yenidən yazılmalıdır"

Tanınmış hüquqşunas: "Vergi Məcəlləsi bütövlükdə yenidən yazılmalıdır"

Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlayır. Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib. Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir.

“Bizim Yol”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, bütövlükdə Vergi Məcəlləsi yenidən yazılmalıdır: “Özü də hüquqşünaslar tərəfindən, hüquqi dildə. Mövcud Məcəlləni iqtisadçılar yazıb, hüquq elmindən uzaq bir sənəddir. Təcrübədə bir sıra problem elə bundan yaranır. Yeni nazir hüquqşünasdır, ümid edirəm ki, elə buradan başlayacaq”.

Ekspertin sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində söhbət sırf vergi dərəcələrinin aşağı salınmasından deyil, onların daha təffərrüatlı differensiallaşdırılmasından getməlidir: “Yəni kimin üçünsə dərəcə aşağı salınmalı, kimin üçünsə, əksinə, qaldırılmalıdır. Nəticədə varlılar daha çox vergi ödəməlidir. Kasıblar isə daha az və ya heç vergi ödəməməlidir. Müasir Avropa dövlətlərinin vergi sistemləri məhz bu prinsipə söykənir. Hələlik dəyişikliklərin mahiyyəti üzrə açıqlamalar səthidir deyə, onların necə olacağını bilmək mümkün deyil. Lakin ümumən postneft erasına hazırlıq çərçivəsində dövlət daha vergi yığmaq əzmində olmalıdır. Deməli, ümumən dərəcələrin kəskin düşəcəyini gözləmirəm. Əskinə, arta bilər. Sadəcə yaxşı olardı ki, artım kasıblara aid olmasın”.

Ramid İbrahimov

0 Komment

    Şərh yazın

    Xəbərlər