Nigar Alimova Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsindən getdi...

Nigar Alimova Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsindən getdi...

Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib. Nazirlikdən Modern.az-a daxil olan məlumata görə, indiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb. N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.
Qeyd edək ki, Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakıda şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini, 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə doktoranturaya qəbul edilib və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2000-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2006-2011-ci illərdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləyib.
2011-ci ildə mədəniyyət və turizm nazirinin müavini təyin edilib. 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilib.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri seçilib. Ailəlidir, iki qızı və bir oğlu var.

---------------------------------------------------------------------------------------------

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Kərimov Vaqif Kərim oģlu 13 İyun 2022

    SALAM Nigar Xanm men Agsurayon Daşdemirbeyli kend sakini Kerimov Vaqif Kerim oglu narahat edir Sizden xahiş edirem meni qebul edin SIZE TEŞEKÜR EDIREM

Şərh yazın