Altay Cəfərovun təklifi mühasiblərin narazılığına səbəb oldu

Altay Cəfərovun təklifi mühasiblərin narazılığına səbəb oldu

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik. Forumun sessiyasında Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor Altay Cəfərov "Elektron qaimə-fakturanın tətbiqi zamanı yaranan problemlər" mövzusunda təqdimat edib.

Təqdimat zamanı Altay  Cəfərov elektron qaimə-fakturanin tətbiqi ilə 2 təklif irəli sürüb: " Təklif edirəm ki, Vergi Məcəlləsində elektron qaimə-fakturanın verilməməsinə görə  hər hansı inzibati məsuliyyət kimi cərimə və ya maliyyə sanksiyası tətbiq olunması ilə bağlı düzəliş olsun. İnanıram ki, vergi orqanları bunu nəzərə alarlar. Digər təklifim odur ki, Vergilər Nazirliyi elektron informasiya bazasında elektron qaimə-fakturanın təsdiq olunmamasına görə giriş məhdudiyyəti qoysun. Hazırda bildiyiniz kimi onlayn kargüzarlığa gələn məktubları oxumayana qədər şəxsi vərəqdə hər hansı əməliyyat aparmaq mümkün olmur. Eynihal elektron qaimə-fakturanın təsdiq olunmamasına da tətbiq edilə bilər.”

Altay Cəfərovun son təklifi bəzi iştirakçıların narazılığına səbəb olub. Forum iştirakçılarından biri bildirib ki, bu təklif təsdiq olunarsa, bu hal iri müəssisələrin iş fəaliyyətinə mənfi təsir edəcək: “Elə müəssisələr var ki, anbarları ofisdən kənarda yerləşir, bu zaman göndərilən malların qəbulu prossesi və elektron qaimə-fakturanın təsdiq prossesi uzun zaman tələb edir.”

 

Satışda olan nəşrlərimiz:  

1) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR.

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

2) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər