VÖEN almadan sahibkarlıq fəaliyyəti göstərənlərin diqqətinə...
Vergi orqanlarında uçotda olmayan 1014 şəxsə göstərilmiş ünvanlı məlumatlandırma xidmətləri çərçivəsində onlara xəbərdarlıq edilmişdir. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin alınmasının zəruriliyi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır: əks halda, onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcəkdir.
Mənbə: “Vergilər” qəzeti
0 Komment
Şərh yazın