Fəaliyyətini dayandıran obyektlərdə vergi yoxlamaları başlandı
Bu ilin birinci rübündə vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti dayandırıldıqdan sonra həmin təsərrüfat subyektinin fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədilə 7010 obyektdə müşahidə-baxış tədbirləri keçirilmiş, nəticədə 617 obyektdə vergi ödəyicisinin özünün, 197 obyektdə isə digər vergi ödəyicisinin fəaliyyət göstərdiyi müəyyən olunmuş və bununla bağlı müvafiq tədbirlər görülmüş, 6196 obyektin isə müşahidə zamanı bağlı olduğu müvafiq aktla rəsmiləşdirilmişdir.
Fəaliyyətini uzun müddət dayandırmış vergi ödəyicilərinin fəaliyyətlərinin dayandırma müddətinin başa çatmasına 10 gün qalanadək, habelə vergi ödəyicilərinin fəaliyyətlərinin hər hansı digər səbəbdən bərpası (aktivləşməsi) ilə əlaqədar 17.310 vergi ödəyicisi ilə müvafiq məlumatlandırma işləri aparılmaqla öhdəlikləri barədə, o cümlədən fəaliyyət göstərmədikləri halda yenidən müvafiq arayış təqdim etməli olduqları barədə məlumatlar verilmişdir.
Mənbə: “Vergilər” qəzeti
0 Komment
Şərh yazın