Vergilər Nazirliyini nümayəndəsi vergidən yayınma hallarını sadaladı (Siyahı)

Vergilər Nazirliyini nümayəndəsi vergidən yayınma hallarını sadaladı (Siyahı)

Xəbər verdiyimiz kimi, 05 may 2018-ci il tarixdə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumu (FIF2018) baş tutub. Mks.az saytı olaraq, Milli Mühasiblər Forumundan olduğu kimi bu tədbirdən də maraqlı və faydalı məlumatları diqqətinizə çatdıracayıq. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov çıxış zamanı sahibkarların vergidən yayındığı hallara da aydınlıq gətirib. Nicat müəllim vergidən yayınlarla bağlı aşağıdakı halları misal göstərib:
- “Nağdsız hesablaşmalar haqqqında” AR Qanunun tələblərinə əməl olunmaması;
- Müəssisələrin addan-ada keçirilməsi;
- Müxtəlif vergi ödəyicilərin yaradılması;
- Əməliyyatların parçalanması və s.

Nicat müəllim bildirib ki, vergi orqanları bu cür vergidən yayınanlarla bağlı məlumatlıdırlar: “İnandırım ki, bu cür vergidən yayınlar bizim üçün aşkardır. Həmin vergi ödəyicilərin hamısının siyahısı bizdə var. Məlumatlıyıq ki, onlar kimlə əlaqəlidir, kimə bağlıdır. Ona görə bildirirəm ki, bu il keçid dövrü olduğu üçün şəffaflığını təmin etsinlər yoxsa sonra gec olacaq.”

 -----------------------------------------------------------------------------------------

Vergi qanunvericiliyinə aid yeni qanunvericilik və şərhlər toplusu SATIŞDA

www.mks.az saytı mühasiblər, insan resursları mütəxəssisləri, hüquqşünaslar, vergi əməkdaşları üçün nəşrlər silsiləsindən növbəti nəşrini satışa buraxıb. “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Həmişə praktiki vəsaitlərinin orijinallığı və nəşrlər sahəsində yeniliklərlə oxucuları təəccübləndirməyə davam edən www.mks.az bu dəfə də ənənəsinə sadiq qalıb.

Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Şərh bölmələri seçilərkən, xüsusilə ziddiyyətli, qanunvericilikdə dəqiq ifadə edilməməsi səbəbindən praktikada müxtəlif cür yozulmalara imkan yaradan müddəalar əsas meyar kimi götürülüb. Ümid edirik ki, bu fəsillərə saytın ekspertlərinin şərhləri ilə yanaşı, rəsmi mövqenin də yerləşdirilməsi oxuculara düzgün nəticə çıxarmağa imkan verəcək.

Kitabın üzərinə vergi qanunvericiliyi bazasına malik, xüsusi proqram təminatlı, axtarış rejimli disk yerləşdirilib ki, bu da istənilən normativ hüquqi aktda lazımı söz, söz birləşməsi və cümlənin asan və tez tapılmasına şərait yaradır. Diskin texniki imkanları nəzərə alınaraq, ora kitabla müqayisədə daha çox normativ hüquqi akt yerləşdirilib.

Həmişəki kimi ünvana ödənişsiz çatdırma və daimi müştərilərimizə qiymət endirimi nəzərdə tutulub.

Sifarişlər (012) 564 86 85 və (050) 368 12 72 nömrəli telefonlarla qəbul olunur.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər