Vergilər Nazirliyinə işə qəbul imtahanın təşkili ilə bağlı CİDDİ İRAD

Vergilər Nazirliyinə işə qəbul imtahanın təşkili ilə bağlı CİDDİ İRAD

Sual: Vergilər Nazirliyinə ərizə qəbulu başa çatdıqdan sonra imtahana buraxılış vərəqəsinin alınması niyə Vergilər Nazirliyindən götürülür. Əgər ərizə verən şəxsin elektron ünvanı qeyd olunubsa, onun buraxılış vərəqəsi pdf formatında vəya jpg formatında elekron ünvanına göndərilməklə işin asanlaşdırılmaqla niyə Vergilər Nazirliyi bu işi belə qəliz vəziyyətdə edir. Şəxs misal üçün Qazaxdan sənəd verib, o ərizəni götürmək üçün mütləq Bakıya gəlməlidir və ya kiməsə etibarnamə verməlidir ki, gedib buraxılış vərəqəsini VN götüsün. Əgər orada yaşayan Bakıya yaxın ərzazidə və Bakıda tanışı yoxdursa, ümumiyyələ gərək xərcə düşüb gedib buraxılış vərəqəsin özü götürsün. Bundan əlavə Dövlət İmtahan Mərkəzinin regionlarda nümayəndəlikləri var. Niyə məhz imtahan Bakıda keçir. Ola bilməz ki, rayonlardan sənəd verənlər, gedib DİM region üzrə təşkil etdiyi mərkəzlərdə versin? Vergilər Nazirliyi imahan prosesinin müsabiqə və müsahibə prosesi Bakıda keçir. Halbu ki, bunu müraciət edənlərin yaşayış yerinə uyğun nizamlamaq olardı.

Rauf Qarayev, [email protected] (07.05.2018) 

Cavab:  Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Məlumat üçün bldiririk ki, müsabiqənin test imtahanı mərhələsinin keçirəcəyi yer və vaxt Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.

Vergi orqanlarında işəqəbulla bağlı müracitlərin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərini həllini təmin edən Vergilər Nazirliyinin İnsan resursları departamenti tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə qurmaqla) müraciət etməyiniz tövsiyə olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər