Forumda maraqlı ideya: "Gəlin, bir təklif hazırlayaq ki, bu sahibkarları yaralamayaq"

Forumda maraqlı ideya: "Gəlin, bir təklif hazırlayaq ki, bu sahibkarları yaralamayaq"

Xəbər verdiyimiz kimi, 05 may 2018-ci il tarixdə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumu (FIF2018) baş tutub. Mks.az saytı olaraq, Milli Mühasiblər Forumundan olduğu kimi bu tədbirdən də maraqlı və faydalı məlumatları diqqətinizə çatdıracayıq. Tədbir zamanı panelin moderatoru maraqlı ideya ilə çıxış edib: "Spiker Emin Səttarov çıxışı zamanı bildirdi ki, Vergi Məcəlləsinin ƏDV-lə bağlı olan 166-ci maddəsində 30 gün məsələsi hamının ən yaralı məsələsidir. Gəlin, bir təklif hazırlayaq ki, bu sahibkarları yaralamayaq, 166-ci maddəyə ya düzəliş edək, ya da yığışdıraq. Ən çox mühasiblərin problemi olan bir mövzudur." Moderatorun bu cür çıxışı zalda əyləşən iştirakçıların alqışına səbəb olub.

Məsələ ilə bağlı münasibətini bildirən, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov isə bu maddənin vergi ödəyicilərin xeyrinə olsa da, dəyişiklik olacağını bildirib: "Sizin təklifiniz artıq nəzərə alınıb. Vergi Məcəlləsinin 166-ci maddəsinə düzəliş hazırlanır. Qeyd edim ki, bu maddə vergi ödəyicilərin xeyrinə olsa da, inzibatçılıq baxımdan çətinlik yaratdığı üçün düzəliş olunacaq. Həmçinin digər məqsəd mühasibat uçotu ilə vergi uçotunun eyniləşdirilməsi baxımdan bu düzəlişə ehtiyac var. Dəyişiklik zamanı mühasibat uçotunda əməliyyat hansı tarixə düşübsə, vergi uçotunda eyni tarixə düşməsi də nəzərə alınıb. 

Qeyd edək ki, Vergi Məcəlləsinin 166-cı maddəsi əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtı ilə bağlıdır.

  -----------------------------------------------------------------------------------------

Vergi qanunvericiliyinə aid yeni qanunvericilik və şərhlər toplusu SATIŞDA

www.mks.az saytı mühasiblər, insan resursları mütəxəssisləri, hüquqşünaslar, vergi əməkdaşları üçün nəşrlər silsiləsindən növbəti nəşrini satışa buraxıb. “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Həmişə praktiki vəsaitlərinin orijinallığı və nəşrlər sahəsində yeniliklərlə oxucuları təəccübləndirməyə davam edən www.mks.az bu dəfə də ənənəsinə sadiq qalıb.

Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Şərh bölmələri seçilərkən, xüsusilə ziddiyyətli, qanunvericilikdə dəqiq ifadə edilməməsi səbəbindən praktikada müxtəlif cür yozulmalara imkan yaradan müddəalar əsas meyar kimi götürülüb. Ümid edirik ki, bu fəsillərə saytın ekspertlərinin şərhləri ilə yanaşı, rəsmi mövqenin də yerləşdirilməsi oxuculara düzgün nəticə çıxarmağa imkan verəcək.

Kitabın üzərinə vergi qanunvericiliyi bazasına malik, xüsusi proqram təminatlı, axtarış rejimli disk yerləşdirilib ki, bu da istənilən normativ hüquqi aktda lazımı söz, söz birləşməsi və cümlənin asan və tez tapılmasına şərait yaradır. Diskin texniki imkanları nəzərə alınaraq, ora kitabla müqayisədə daha çox normativ hüquqi akt yerləşdirilib.

Həmişəki kimi ünvana ödənişsiz çatdırma və daimi müştərilərimizə qiymət endirimi nəzərdə tutulub.

Sifarişlər (012) 564 86 85 və (050) 368 12 72 nömrəli telefonlarla qəbul olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər