Vergilər Nazirliyi: "Kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır"

Vergilər Nazirliyi: "Kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır"

“İqtisadi şəraitdən asılı olaraq kiçik sahibkar daha tez zərbə görən kateqoriyadır. Məhz bu səbəbdən kiçik sahibkar sinfində vergi sadələşdirilib”. APA-Economics”in məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Onun sözlərinə görə, kiçik sahibkarların əksəriyyətinin vergi dövriyyəsi 100 min manatdan aşağıdır.

“Kiçik sahibkarlara nəzarət tədbirlərinin çoxaldılması marağımızda deyil. Məqsədimiz kiçik sahibkar sinfindən orta sahibkar sinfinə keçidin stimullaşdırılmasından ibarətdir. 2018-ci il sahibkarlar üçün keçid ili olacaq. Bu dövr şərait yaradır ki, sahibkarlar əməliyyatlarının hamısını bəyan etsinlər. Bəyan etsinlər ki, şəffaflığı təmin edək. Bu keçid dövründən səmərəli istifadə etmək lazımdır. İlin birinci yarısından hər kəs öz strategiyasını müəyyən etməlidir”,- deyə N.İmanov vurğulayıb.

 
 

 

0 Komment

    Şərh yazın