İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə YENİ RƏHBƏR

İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə YENİ RƏHBƏR

Departamentinə rəhbər təyin edilib Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə gömrük xidməti polkovniki Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

1 Komment

  1. Ferzeliyev Ilham Vorosil oglu 06 Dekabr 2022

    Azer muellim sizin rehberlik etdiyiniz idare faliyete basladiginda boyuk karqolarin uzerine cox ciddi dusmusdu.kiselerin uzerindeki adlari teleb edirdiler. Her karqo malindada en azi 30-35 nefere mal gelur. Lakin az muddet kecdi hemin karqolar 3-4 nefer feyk fiziki sexs yaradaraq oz fealiyetkerine davam etdiler. Taki bu yaxin muddete kimi yene bir az basqi oldu indide feyk mal sahibleri artib 8-9 nefer oldu.ENE EYNI SISTEM DAVAM EDIR.TERMINALDA MAL ACILIR HEC BIR VERGI I§CISI MALUN UZERINE GETMUR. Yene eyni qayda davam edir. Evezinde tek tek mal getiren firmalar sen ucuncu sexsin malin getirmisen deye gunlerle surudulur. Ve hemin mal sahibi bahada olsa mecbur malin karqoya verir.YENI HEC BIR DEYISIKLIK YOXDU. QAZANAN IRAN SIRKETLERI VE ONLARIN IRANDA BASINDA OTURAN ERMENI SAKIBKARLARDI. HAMI BILIRKI IRANDA NEQLIYAT SEKTIRU ERMENILERIN ELINDEDIR. HER AY IRAN SIRKETLERI TERMINALLARDA YATAN TIRLERE GORE 200-250MIN DOLLAR QAZANC APARIRLAR. BUTUN BU ISLERE YARANANDAN REHBERLIK BAS IDAREDE RESID MUELLIM TERMINALDA CAVID NADIROVDUR. SEN UCUNCU SEXSIN MALIN GETIRMISEN KARQOLAR GWTIREN MALLAR KIMIN MALIDIR? COX PROSESLER GEDIR MENI QEBUL EDIN SIZE HER SEYI ACIQLAYIM. Meni sizin rehberlik etdiyiniz idarede hami taniyir. O saat deyecekler feyk sirketlerle isleyir.Bes karqolar hansi sirketlerle isleyir? DOVLET QURUCULUGUNDA ISDIRAK ETMIS BIR ADAM KIMI AZERBAYCAN VETENDASI KIMI XAHIS EDIREM BERABERLIK OLSUN..BASQ YOLUDA VAR BU HELLIN. MENI MUMKUNSE QEBUL EDIN.

Şərh yazın

Xəbərlər