Mikayıl Cabbarov nazirlikdə YENİ department yaratdı

Mikayıl Cabbarov nazirlikdə YENİ department yaratdı

Vergilər Nazirliyində yeni departament yaradılıb.

Fins.az-ın məlumatına görə, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə Idxal-ixrac departamenti yaradılıb. Yeni departamentin yaradılmasında məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.

Qeyd edək ki aprelin 20-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.

Razılaşma Protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırlımasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanıb.

Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilib.

Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.

Bundan başqa, Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.

 

0 Komment

    Şərh yazın