VERGİLƏR NAZİRLİYİNİN SON İŞƏ QƏBUL ELANI HAQQINDA BİLMƏLİ OLDUĞUMUZ 7 MƏSƏLƏ

VERGİLƏR NAZİRLİYİNİN SON İŞƏ QƏBUL ELANI HAQQINDA BİLMƏLİ OLDUĞUMUZ 7 MƏSƏLƏ

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi dövlət vergi orqanlarına xidmətə qəbulla bağlı yeni elan verib. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq,  imtahan və son iş elanının öncəki elanla fərqləri haqqıında məlumat verəcəyik.

1) Namizədlər üçün konkretləşdirilən 29 ixtisas hansılardır?

Öncəki elanda bildirilirdi ki, müsabiqədə iştiraka bir qayda olaraq iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar. Amma yeni elanda konkret ixtisaslar müəyyənləşdirilib ki, onlar aşağıdakılardır:
1. Hüquqşünaslıq;
2. Beynəlxalq hüquq;
3. Dünya iqtisadiyyatı;
4. Maliyyə;
5. İqtisadiyyat;
6. Statistika;
7. Beynəlxalq iqtisadi münasibətlər;
8. Mühasibat uçotu və audit;
9. Maliyyə və kredit;
10. İqtisadiyyatın tənzimlənməsi;
11. Qiymət və qiymətin əmələ gəlməsi;
12. Xəzinə əməliyyatlarının uçotu;
13. İqtisadi nəzəriyyə;
14. Vergilər və vergitutma;
15. İqtisadi siyasət;
16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. Gömrük işinin təşkili;
21. Gömrük ekspertizası (sahələr üzrə);
22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
23. Vergi işinin təşkili və idarə edilməsi;
24. Tətbiqi riyaziyyat;
25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
29. Avtomatlaşdırma və informasiya texnikası.

2) Müsabiqə üçün son tarix nə vaxtdır?

Müsabiqəyə əlavə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.04.2018-ci il tarixdən 09.05.2018-ci il tarixədək (saat 24:00-dək) həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

3) Ərizə formasında hansı məlumatlar öz əksini tapmalıdır?

Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və test imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir. Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu prossesdə hər hansı ciddi dəyişiklik olmayıb.

4) Ötən müsabiqədə iştirak edənlər yenə müraciət edə bilərlər?


İşə qəbulla bağlı zamanı son elanda bildirilir ki, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 05-30 dekabr 2017-ci il tarixlərdə qeydiyyatdan keçmiş və elektron ərizələri qəbul edilmiş vətəndaşların müsabiqədə iştirak hüququ saxlanılır.

5) İmtahan üçün buraxılış vərəqələrini necə və nə vaxt əldə etmək olar?

Elektron ərizə vermiş namizədlər 23-25.05.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.


6) Müsabiqənin imtahan mərhələsi nə vaxt və harda keçiriləcək?

Müsabiqənin test imtahanı mərhələsi 26.05.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən yenilənmiş ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcək.

7) TOEFL və İELTS bilməyin hansı üstünlükləri var?

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
Göründüyü kimi, son elanın əsas fərqli cəhəti ixtisasların konkretləşdirilməsidir. Mks.az saytı olaraq, imtahanda iştirak edən bütün həmkarlarımıza uğurlar arzulayırıq.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər