Vergilər Nazirin müavini: "Mühasib olaraq hər zaman vergi ödəyicilərinin yanındayam"

Vergilər Nazirin müavini: "Mühasib olaraq hər zaman vergi ödəyicilərinin yanındayam"

Milli Mühasiblər Forumunda ikinci məruzəçi kimi Vergilər Nazirliyindən Vergilər Nazirin birinci müavini Sahir Məmmədxanov çıxış edib.
Sahir müəllim çıxışında bildirdi ki, təxminən 20 il öncə mühasib olaraq çalışıb və indi bu təllimdə iştirak etməkdən məmnundur.
Vergilər Naziri çıxışında vergidən yayınma halları haqqında danışıb:"İntizamlı vergi ödəyici ilə vergidən yayan arasında fərq olacaq. Vergidən yayınlara qarşı sərt olacıyıq. Vergi orqanları hər bir sahibkarın təkliflərini toplanacaq və qanunvericilikdə buna uyğun müvafiq dəyişikliklər ediləcək."

Vergilər Nazirin müavini uçot sistemində problemləri haqqında danışıb: "Ölkəmizə maliyyə, uçot sisteminin uyğunlaşdırılmasına ehtiyac var. Ölkəmizdə mühasibat uçotu üzrə peşəkar kadrların yetişməsinə ehtiyac var"
Sonda tədbir iştirakçılarına uğurlar arzulayan Sahir müəllim hər zaman mühasib olaraq da, vergi ödəyicilərin yanında olduğunu bildirdi.

 

0 Komment

    Şərh yazın