Vergi Məcəlləsinin əmək haqqından gəlir vergisinin güzəşti bölməsində ZİDDİYƏTLİ MƏQAM?

Vergi Məcəlləsinin əmək haqqından gəlir vergisinin güzəşti bölməsində ZİDDİYƏTLİ MƏQAM?

Sual: Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinə gəlir vergisi üzrə 50 manat güzəşt olunduğu məlumdur. Bunun üçün fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu aydan başlayaraq azaldılır. Bilmək istədiyim odur ki, məsələn, uşaq avqust ayının 31-də anadan olubsa, avqust ayının vergi tutulan gəliridəmi 50 manat azaldılır, yoxsa bu güzəşt növbəti, yəni sentyabr ayındanmı tətbiq olunmalıdır? Həmçinin bu güzəşt sənədlər təqdim olunduğu tarixdənmi (aydanmı), yoxsa 3-cü uşağın dünyaya gəlməsi tarixi (ayı) əsas alınaraqmı hesablanır?

Zaur Qədirli, [email protected], Kürdəmir şəhəri (24.04.2018) (Oxunub: 38 dəfə, Orta qiymət: 5, ID: 16924)

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən güzəşt hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürən və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar) təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində həyata keçirilir.

Bax: Vergi Məcəlləsinin 102.5-ci və 102.8-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər