Sabit vergi ödəyici ilə bağlı 3 AKTUAL SUAL

Sabit vergi ödəyici ilə bağlı 3 AKTUAL SUAL

Sual: Salam.
1.Ofisiant xidməti kimi restoranlarda fəaliyyət sabit vergi ödəyicisi ola bilərmi? Qanunda qeyd edilir aşpaz, gözətçi və digər analoji işlər. Analoji iş buna aiddirmi?
2. Sabit vergi ödəyicisi DSMF ödəniş edirmi və nə qədər?
3. Rüblük hesabatlar təqdim edirmi? (vergi, DSMF, Statistika).

Samir, [email protected], Bakı (20.04.2018) (Oxunub: 60 dəfə, ID: 16915)

1. Cavab: Bildiririk ki, sözügedən maddədə fərdi yaşayış evlərində və mənzillərdə müəyyən işlər görən fiziki şəxslər sadalanır. Ofisiant müştərilərə xidmət göstərən Ictimai iaşə obyektinin işçisi olduğundan həmin maddənin hazırki redaksiyası ofisiantlara şamil edilmir.

Bax: Vergi Məcəlləsinin 220.10-cu maddəsi.

2 və 3. Cavab: Bildiririk ki, sabit verginin ödəyiciləri vergi orqanına bəyannamə təqdim etmir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.

Sosial ayırmaların hesablanması və bəyan edilməsi prosedurları barədə ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, statistik hesabatların təqdim olunması ilə bağlı məlumatı isə Dövlət Statistika Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz

Bax: Vergi Məcəlləsinin 221.8.3-cü maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

 

0 Komment

    Şərh yazın