Vergilər Nazirliyinə audit xidməti ilə bağlı SUAL
Sual: 2. Audit şirkəti ilə 2017 ci ilin auditi ilə bağlı müqavilə bağlanılıb və xidmət 2018-ci ilin fevral-mart aylarında yekunlaşacaq. Bu halda müqavilədə nəzərdə tutulan xidmət haqqını hesablama metodu üzrə 2017-ci ilin xərcləri kimi qəbul etmək olarmı, yoxsa xidmət 2018-də təhvil verildiyi üçün 2018-ci ilin xərci olmalıdır?
Vəfa Əliyeva Tofiq, [email protected], Bakı (20.04.2018)
Cavab: Bildiririk ki, hesablama metodu ilə vergi uçotunu aparan şəxs tərəfindən xərcin nəzərə alınması üçün qanunvericiliklə tələb olunan şərtlərindən biri əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməsidir.
Sorğunuzdan göründüyü kimi, audit şirkəti tərəfindən xidmətlər yalnız 2018-ci ildə yerinə yetirilərək təhvil veriləcəkdir. Müvafiq olaraq da, auditlə bağlı çəkilmiş xərc sifarişçi tərəfindən yalnız 2018-ci ildə xərc kimi nəzərə alına bilər.
Bax: Vergi Məcəlləsinin 136-cı maddəsi.
1 Komment
Sultan 23 Aprel 2018
Audit xidməti haqqı vergi məqsədləri üçün ümumiyyətlə xərcə salına bilərmi? Audit xidməti gəlirin əldə edilməsi ilə bağlı deyil.
Şərh yazın