Ev alqı-satqısının vergi öhdəliklərinin izahı
Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin həmin Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Qeyd olunanlara əsasən:
Fiziki şəxsin yaşayış yeri üzrə 5 (beş) ildən az müddətdə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.
Bununla yanaşı, yaşayış sahəsini satan şəxs 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış sahəsinin satışı sadələşdirilmiş vergidən azaddır.
"Vergilər" qəzeti
0 Komment
Şərh yazın