RƏSMİ: Vergi Məcəlləsinə əsaslı dəyişikliklər 2019-cu ildən qüvvəyə minəcək
"Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır". "APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır.
"Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.
3 Komment
İsa 06 Dekabr 2018
Salam . Vergi məcəlləsində olan güzəştlər yeni dəyişikliklərdə özünü göstərəcəkmi ?.Əvvəlki hesablama görə hesablanmış əmək haqqından 173manat və əgər göstərilən imtiyazlardan biri varsa 400,200,100 və 50 manat yenə tətbiq olunacaq ? Misal.Əvvəlki hesablama ilə Ə/H 569.25-(173.00-200.00)=196.25x 14%=27.48 Nəticə olaraq 569.25x3,5% =19.92 Gəir vergisi tutulur 27.48 Karta köçən 521.85 Yeni qayda ilə necə hesablanacaq xahiş edirəm izah edəsiniz
Nezaket 07 Dekabr 2018
Salam Vergi Mecellesinde olan deyisiklikde 22% le bagli yenilik varmi? meselen deyekki 500AZN emek haqqi aliram 500-200*3% yerde qalan meblegin yeni 300*10% bunlari bilirem aydindi 22% derecesinde deyisiklik varmi? yoxsa oldugu kimi alir?
Nezaket 07 Dekabr 2018
Salam Vergi Mecellesinde olan deyisiklikde 22% le bagli yenilik varmi? meselen deyekki 500AZN emek haqqi aliram 500-200*3% yerde qalan meblegin yeni 300*10% bunlari bilirem aydindi 22% derecesinde deyisiklik varmi? yoxsa oldugu kimi qalir?
Şərh yazın