Copy of Copy of Əmək haqqının bir hissəsi yığım sığortasına ödənildikdə GƏLİR VERGİSİ HESABLANIR?
Vergilər Nazirliyi misalla həm gəlir vergisi həm də sosial ayırmanın hesablanmasını izah edir
Sual: Salam. Mənim aylıq maaşım 1200 manatdır. Çalışdığım firma həyatın yığım sığortası üzrə 3 ildən az olmayan müddətə sığorta şirkəti ilə bağladığım müqaviləyə əsasən hər ay mənim maaşımdan 500 manat tutub həmin sığorta şirkətinə ödəyir. Sualım isə belədir. Bu halda çalışdığım firma hər ay mənim nə qədər məbləğ maaşımı gəlir vergisinə cəlb etməli və ondan nə qədər gəlir vergisi tutmalıdır?
Nadir, [email protected], Bakı (17.11.2016)
Cavab: Bildiririk ki, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına bank vasitəsilə ödədikləri sığorta haqlarından gəlir vergisi tutulmur, məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Təqdim etdiyiniz rəqəmələrə əsasən gəlir vergisi 700 (1200 – 500) manatdan hesablanır, işlədiyiniz yer əmək kitabçanızın olduğu əsas iş yeri olduğu halda həmin məbləğdən ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 136 manat (sual 2016-ci ildə cavablandığına görə 136 manat qeyd edilib. Hal-hazırda bu rəqəm 173 manatdır -redaksiyadan.) çıxılır, qalan məbləğdən isə 14 faiz dərəcə ilə vergi hesablanaraq tutulur. Müvafiq olaraq gəlir vergisinin məbləği 78,96 manat ((700-136)*14%) təşkil edir.
Məlumat üçün bildiririk ki, muzdlu işdən gəlir əldə edən şəxslərin əmək haqlarından gəlir vergisi ilə yanaşı 3 faiz məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta ayırmaları, habelə Həmkarlar İttifaqının üzvü olan işçilərdən bundan əlavə müxtəlif təşkilatlarda fərqli olan faiz dərəcəsi ilə üzvlük haqları hesablanaraq tutulur.
Cavabın əsası: Vergi Məcəlləsinin 102.1.6-cı, 102.1.8-ci və 116-cı maddələri, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” 20 oktyabr 2015-ci il tarixli 1379-IVQ nömrəli Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli “Sığorta fəaliyyəti haqqında” Qanununun 1.1.14-cü maddəsi, Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli 792 nömrəli Qanunu.
-----------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib. Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.
0 Komment
Şərh yazın