Sadələşdirilmiş vergi ilə bağlı MARAQLI SUAL

Sadələşdirilmiş vergi ilə bağlı MARAQLI SUAL

Sual: Keçən dəfə sual verdim, ancaq fikrimi ola bilsin düzgün izah etmədim deyə düzgün də cavab ala bilmədim. Azərbaycanda, Bakıda qeydiyyatdan keçmiş və sadələşdirilmiş vergi ödəyicisi olan turizm şirkəti (MMC) əcnəbi turistə Azərbaycanda turizm xidmətini həyata keçirir. Onun üçün otel bron edir. Bu zaman əcnəbi turistdən, tutaq ki, 1.000 manat ödəniş alır (şirkətin bank hesabına köçürülür). Bu məbləğin 960 manatını şirkət otelə ödəyir (otelin vergisi daxil). Bu zaman şirkət hansı məbləğdən vergi ödəməlidir? Ümumi məbləğdən ödənərsə zərər olar.
İlqar Qarayev Zəfər, [email protected], Bakı (12.03.2018) 
Cavab: Verilən cavaba əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına, onun göstərişlərinə əməl etməklə bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.
Bu baxımdan şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (komissiya müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edilmək şərti ilə komisyonçu şəxs komitentin müəyyən etdiyi qiymətləri tətbiq etdikdə sadələşdirilmiş vergiyə komissiya haqqının məbləği cəlb olunmalıdır.
 
Yuxarıda qeyd olunan qaydada rəsmiləşdirilmə aparılmadıqda isə sadələşdirilmiş vergi müştəridən alınan ümumi məbləğdən hesablanmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 219.1-ci maddəsi, Mülki Məcəllənin  808.1-ci və 810.1-ci maddələri.

0 Komment

    Şərh yazın