Vergilər Nazirindən tanınmış xarici və yerli şirkətlərə CİDDİ XƏBƏRDARLIQ

Vergilər Nazirindən tanınmış xarici və yerli şirkətlərə CİDDİ XƏBƏRDARLIQ

Mikayıl Cabbarov: "Biz bu hallar barədə məlumatlıyıq və ....  bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə hazır olun"
 
Fevralın 13-də Vergilər Nazirliyi “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfrans keçirib. Konfransda çıxış edən Vergilər Naziri Mikayıl Cabbarov bəzi tanınmış yerli və xarici şirkətələrə xəbərdarlıq edib: "Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri 
bizə  məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bugün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə hazır olun."

0 Komment

    Şərh yazın