Amerikalı multimilyarderdən maraqlı açıqlama:"Çox vergi ödəmək istəyirəm"
Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər. O, bu barədə “CNN” telekanalına müsahibəsində deyib.
B.Qeyts bildirib: “Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyard dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir”.
“Microsoft”un banisi ABŞ prezidenti Donald Trampın imzaladığı vergi islahatları layihəsini bəyənmir. Onun sözlərinə görə, yeni vergi islahatları layihəsi imkanlı insanların həyatını asanlaşdıracaq və orta təbəqənin vəziyyətinə heç bir təsir etməyəcək.
Qeyd edək ki, Bill Qeyts uzun zaman planetin ən varlı adamı olub. Lakin indi planetin ən varlı adamı “Amazon”un banisi Ceff Bezosdur. B.Qeytsin sərvəti 90 milyard dollar təşkil edir.
0 Komment
Şərh yazın