Orxan Nəzərli: "2024-cü ildə cəmi 384 səyyar vergi yoxlaması aparılıb"
MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” və saat 14:00 – 17:00-da isə əyani formada "Vəzifə və əmək haqqının dərəcələndirilməsi, struktur və ştat cədvəlinin tərtibi" mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəqəmsal platformalarının təkmilləşdirilməsi səyyar vergi yoxlamaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
"Report" xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.
"2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Bu, 2023-cü illə müqayisədə 29 %, 2018-ci ilə nisbətən isə 5-6 dəfə azdır. Lakin bir yoxlamaya düşən effektivlik göstəricisi 37 % artıb və hər yoxlama üzrə hesablanmış vəsait 1,4 milyon manata yaxındır. Vergi nəzarətində əsas yük məsafədən bəlli məlumatlar əsasında aparılan kommeral vergi yoxlamalarının üzərinə düşür: 2024-cü ildə 150 min kommeral vergi yoxlaması aparılıb. Beləliklə bu gün biz vergi ödəyiciləri ilə bağlı tutumlu məlumata malikik. Hər gün bu məlumatların həcmi və keyfiyyəti artmaqdadır", -deyə o qeyd edib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın