
Dövlət Vergi Xidmətinin rəsmisi: “Vahid bəyannamədən işçilər üzrə bəzi məlumatlar çıxarılacaq”
Namiq Dərgahov: “İcmal əlavənin vahid bəyannaməyə daxil edilməsi nəzərdə tutulur”
MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn, saat 14:00 – 17:00-da isə əyani formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirib ki, yaxın dövrlərdə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə bir çox yeniliklər tətbiq ediləcək: “Hazırda vahid bəyannamədə istər gəlir vergisi, istərsə də digər icbari ödənişlər üzrə məlumatlar hər bir işçi üzrə həyata keçirilir. Güzəştlər üzrə məlumatların vergi ödəyicisi üzrə ümumiləşdirilməsinin həyata keçirilməsindən sonra işçinin fərdi identifikasiya nömrəsi (FİN) üzərindən güzəştlərin daxil edilməsi nəzərdə tutulmur. İşəgötürən yalnız Vergi Məcəlləsinin, “Sosial sığorta haqqında” AR Qanununun və digər qanunvericiliyin müvafiq maddələrinin tələblərinə uyğun olaraq ümumiləşdirici məlumatları daxil edəcək. Güzəştlərlə bağlı icmal əlavənin vahid bəyannaməyə daxil edilməsi nəzərdə tutulur. Vahid bəyannamə ilə bağlı yeniliklərin tətbiq edilməsində məqsəd vergi orqanı tərəfindən emal, vergi ödəyicisi tərəfindən isə məlumatların daxil edilməsi prosesində vaxt itkisinin azalmasını təmin etməkdir”.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın