
III Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı!
"Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında "Vergi və Mühasibatlıq Zirvəsi 2025" (VMZ2025) keçirildi. “Hesabın gücü” şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.
Zirvədə vergi sahəsinin tanınmış ekspertləri, mühasibatlıq üzrə beynəlxalq mütəxəssislər və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.
Əsas məqsədi vergi və mühasibatlıq sahəsindəki çətinlikləri və yeni tələbləri analiz edərək yerli və beynəlxalq təcrübələri paylaşmaq olan tədbir həmçinin, mühasibatlıq və vergi sistemlərinin inkişafına dair innovativ yanaşmaları təqdim edib.
Qeyd edək ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və “Admedia” şirkətinin təşkilati dəstəyi, SİMA Rəqəmsal Həllər Platforması, “İCMA” və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, “Unibank”ın bank sponsorluğu, “Meqa Sığorta”, “Meqa Həyat”, “Moon Group” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov tərəfindən edilən açılış nitqi ilə davam edib.
“Maliyyə riskləri və uçotu” paneli "Good Finance" şirkətinin direktoru Vüsal Səlimovun moderatorluğu və Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov – (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi) spikerliyi ilə baş tutub.
“Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?” paneli Elsevər İbadov (Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi) moderatorluğunda, Teymur Əşrəf (“Good Finance” MMC, vergi konsultantı) və Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi) tərəfindən spikerlik edilərək keçirilib.
“Vergilər: Menecment və Vizyon” paneli Elçin Əkbərov (Consulting Group MMC-nin həmtəsisçisi və direktoru) moderatorluğu ilə, Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov ("Bizcon Audit" MMC, Auditor), Günel Sadıyeva ("PwC Azerbaijan", Vergi direktoru), Namiq Dərgahov (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini) və Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini) tərəfindən spikerlik edilərək keçirilib.
Hər panelin məqsədi iştirakçılara mövcud məsələlərə dair innovativ yanaşmalar təqdim etmək olub. Bu da mühasibatlıq və vergi sistemlərinin inkişafını daha effektiv və rəqabətədavamlı hala gətirmək üçün yeni perspektivlər qazandırıb.
İştirakçıların fəal iştirakı, spikerlərimizin dəyərli çıxışları və bütün sponsor, tərəfdaşlarımızın dəstəyi sayəsində Vergi və Mühasibatlıq Zirvəsi 2025 uğurla yekunlaşdı. Hər kəsə bu möhtəşəm tədbirə qatıldığı və təcrübələrini bizimlə paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın