Hansı hallarda işçi ilə bagli yemək xərcinin gəlirdən çıxılmasına icazə verilməyəcək?

Hansı hallarda işçi ilə bagli yemək xərcinin gəlirdən çıxılmasına icazə verilməyəcək?

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Nazirlər Kabinetinin 492 saylı qərarı ilə təsdiq edilən qaydanın 2.2-ci bəndinə əsasən, vergi ödəyicisinin işçilərlə bağlı bu qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş normalar daxilində çəkdiyi yemək xərcləri aşağıdakı şərtlər daxilində gəlirdən çıxılır:
- yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə;
Mİsal. İşəgötürən yemək xərci kimi gündəlik 5 manat olmaqla 20 iş günü üzrə işçiyə 100 manat ödəniş edib. Vergi ödəyicisi tərəfindən ödənişin 70 manatı nağdsız qaydada işçinin əmək haqqı kartına ödənilsə də, 30 manat nağd formada verilib. Bu zaman vergi ödəyicisi 100 manatı yox, nağdsız qaydada həyata keçirdiyi 70 manatı gəlirdən çıxılan xərclərə aid edə biləcək. 
- yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə və yeməyin hazırlanmasına sərf olunan məhsulların alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirildikdə;
Mİsal. Vergi ödəyicisi qərara alır ki, işçilərə verilən yeməyi özü hazırlasın. Vergi ödəyicisi yeməyin hazırlanması üçün vətəndaşlardan aldığı kənd təsərrüfatı məhsullarını alış aktı ilə rəsmiləşdirilməyib. Bu zaman vergi ödəyicisinin yemək xərcinin gəlirdən çıxılmasına icazə verilməyəcək.
- iaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən elektron qaimə-faktura əsasında alındıqda.
Mİsal. İşəgötürən işçilərin gündəlik yeməklə təmin olunması üçün iaşə xidməti göstərən vergi ödəyicisi ilə müqavilə bağlayıb, qarşı tərəfə ödəniş etsə də, elektron qaimə-faktura təqdim edilməyib. Yalnız ödənişi təsdiq edən NKA çeki kifayətlənilib. Bu zaman vergi ödəyicisi həmin xərci gəlirdən çıxılan xərclərə aid edə bilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər