Nicat İmanov: "Bu dəyişiklik imkan verəcəkdir ki, mənzili kirayə verən şəxslər vergi orqanında uçota alınmadan vergi öhdəliklərini yerinə yetirsinlər"
Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin son oxunuşda müzakirəsi aparılıb və müzakirələrdən sonra qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovun "iqtisadiyyat.az" saytına olan müsahibəsindən seçməni təqdim edirik:
- Azərbaycanda AİRBNB və Booking kimi saytlarda kirayə mənzil elanları çoxalıb. Onların vergiyə cəlb olunması necə tənzimlənir? Bununla bağlı mexanizmlərdən danışardınız, zəhmət olmasa.
- Əksər sahələrdə olduğu kimi kirayə (icarə) münasibətləri sahəsində də müasir dövrün tələblərin irəli gələrək ənənəvi formadan fərqli yeni münasibətlər sisteminin formalaşması, informasiya texnologiyalarından istifadə, yeni bazar iştirakçılarının yaranması, eyni zamanda məhz kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyicisi olmayan şəxslər arasında əmlak kirayəsi (icarəsi) zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin sadələşdirilməsi məqsədilə qeyd edilən halda verginin ödənilməsi və bəyannamənin verilməsi ilə bağlı vəzifənin həmin platformalar (vergi agentləri) tərəfindən yerinə yetirilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 124.1-ci maddəsinə dəyişiklik təklif edilmişdir. Bu dəyişiklik imkan verəcəkdir ki, mənzili kirayə verən şəxslər vergi orqanında uçota alınmadan vergi öhdəliklərini yerinə yetirsinlər. Bu dəyişiklik mövcud bazarın leqallaşdırılmasına müsbət təkan verəcəkdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın