Nicat İmanov: "Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir"

Nicat İmanov: "Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir"

DVX-nin Baş idarə rəisi POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara tətbiq edilən maliyyə sanksiyaları məsələsinə aydınlıq gətirib

Son günlər 250-dən çox pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə görə sahibkarlara maliyyə sanksiyaları tətbiq edilib. Maliyə sanksiyalarına görə bir çox sahibkar narazılıqlarını ifadə edib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “APA-Economics”ə açıqlama verib.

Nicat İmanov qeyd edib ki, maliyyə sanksiyaları ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması və POS-terminalların quraşdırılmaması ilə bağlı həyata keçirilir. Vergi ödəyicilərinin bu prosesə narazılıq etməsinin əsas səbəbi əldə etdikləri gəlirləri rəsmiləşdirməkdən yayınmalarıdır.

Mikro sahibkarlar əsasən dövriyyələrindən 2% dərəcə ilə sadələşmiş vergi ödəyir. Bu kifayət qədər aşağı vergi dərəcəsidir. Nəzərə alaq ki, sadələşmiş verginin dərəcələri 4%-dən 2%-ə endirilib. Vergi dərəcələrinin endirilməsi müqabilində sahibkarlardan şəffaflıq tələb edilir. Eyni zamanda vergi ödəyiciləri apardığı əməliyyatları kassa çekləri ilə rəsmiləşdirməlidirlər. Təəssüflər olsun ki, çox vaxt sahibkar kart to kart əməliyyatlarından istifadə edirlər. Təbii ki bu kartlar sahibkarların özlərinə məxsus debet kartlarıdır və bununla da vergidən yayınma halları baş verir.

Dövlət Vergi Xidməti vergidən yayınan şəxslərə qarşı sərt mübarizə aparacağını artıq bir neçə ildir ki, elan edib. Vergi yükünün aşağı salınmasına adekvat olaraq nəzarət tədbirləri sərtləşdirilib.

“Mən ümüd edirəm ki, qanundan yayınan sahibkarlar bu pozuntulara təkrar yol verməyəcəklər” - deyə baş idarə rəisi əlavə edib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər