Baş nazirdən vətəndaşdan alınan malın rəsmiləşdirilməsi ilə bagli İNQİLABİ DƏYİŞİKLİK

Baş nazirdən vətəndaşdan alınan malın rəsmiləşdirilməsi ilə bagli İNQİLABİ DƏYİŞİKLİK

Vergi ödəyicisinə malı təqdim edən vətəndaş elektron alış sənədini necə təsdiqləyəcək?

Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə  “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilib.

MKS Academy-nin ekspertləri qərarda edilən dəyişikliklə bagli vacib məqamları izah edir.

Dəyişiklikdən öncə vergi ödəyicisi vətəndaşdan mal aldıqda vergi sistemində “elektron alış aktı” tərtib etdikdən sonra gücləndirilmiş elektron imza ilə təsdiq edirdi.  Nazirlər Kabinetinin yeni qərarı ilə ilə vergi ödəyicisi ilə yanaşı mal təqdim edən vətəndaşın elektron alış aktını təsdiq etməyə ehtiyac olacaq. Yeni dəyişikliyə əsasən, Qaydaların 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilib. Beləliklə, Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

Misal. Vergi ödəyicisi vergi ödəyicisi olmayan vətəndaşdan 500 manatlıq mal alır. Bu zaman vergi ödəyicisi vergi sistemində sənədi hazırlayacaq. Vergi ödəyicisi elektron alış aktı sənədini hazırlandıqdan sonra təsdiq üçün vətəndaşa göndəriləcək. Bu zaman malları təqdim edən vətəndaşın öz adına qeydiyyatda olan mobil nömrə olması mütləq tələbdir. Vətəndaş öz adına qeydiyyatda olan mobil nömrəyə göndərəilən SMS-i təsdiq etdikdən sonra vergi ödəyicisinə elektron imza ilə təsdiq imkanı yaradılacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Elmar Əhmədov 23 Noyabr 2024

    Qanunların Yenilənməsi Əladır. Sahibkarları Kurslara cəlb edin marifləndirin. Yazılan Qanunu Ancaq vergi idarəsi zor başa düşür. Sahibkarların Klassik satışda təcrübəsi çoxdur.

Şərh yazın

Xəbərlər