Mehdi Babayevdən mühasibləri sevindirəcək xəbər

Mehdi Babayevdən mühasibləri sevindirəcək xəbər

"ƏDV bəyannaməsi və Mənfəət (gəlir) və sadələşdirilmiş vergi bəyannamələrinin 1 saylı əlavələri ilə bağlı müsbət dəyişikliklər gözlənilir"
 
Bakı Hesabat Mərkəzinin direktoru, Auditorlar Palatasının üzvü və peşəkar vergi mütəxəssisi Mehdi Babayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı görüşdə iştirak edib. Mehdi Babayev sosial şəbəkədə görüşdə müzakirə olunan bəzi məsələlər haqqında məlumat verib: "Hazırda vergi orqanı tərəfindən bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. Dövlət Vergi Xidməti ƏDV bəyannamələri ilə əlaqədar bu sistemin qısa müddətdə həyata keçirilməsini nəzərdə tutub. Yaxın gələcəkdə ƏDV bəyannamələr yəqin ki, 99% dəqiqliklə avtomatik olaraq hazırlanacaq və bu da uyğunsuzluqların azalmasına gətirib çıxaracaqdır. Mənfəət (gəlir) və sadələşdirilmiş vergi bəyannamələrinin 1 saylı Əlavələrinin göstəricilərinin tərkibində də dəyişikliklər gözlənilir. Bizi yaxşı mənada çoxlu dəyişikliklər gözləyir."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın