Vergi ödəyiciləri 1 milyard 626 min manat pulu Azərbaycana qaytarılmayıb (10 nəfər həbs olundu - ADLAR)

Vergi ödəyiciləri 1 milyard 626 min manat pulu Azərbaycana qaytarılmayıb (10 nəfər həbs olundu - ADLAR)

Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən 1 milyard 626 min manat pul Azərbaycana qaytarılmayıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Baş Prokurorluğa müraciət ünvanlayıb. Daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bəsit formada desək bir qrup sahibkar Azərbaycanda yetişdikləri məhsulları xaricə aparıb satıblar və daha sonra əldə etdikləri vəsaiti ölkəyə qaytarmayıblar. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən ixrac olunan mallardan əldə olunan gəlir ölkəyə qaytarılmalıdır. 

Sözügedən vəzifəli şəxslərdən Anar Süleymanov, Adil Məmmədov, Rüfət Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov, Nizami Abdullayev, Tərlan Məmmədov, Mirsalam Seyidov, Gündüz Hüseynov və Hafiz Rezan Nicat barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.

Röyal İmanov, Elşən Əmrahov, Nicat Əlmərdanov, Elnur Qarayev barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Sözügedən pulların ölkəyə qaytarılmaması ilk növbədə Mərkəzi Bank tərəfindən aşkar olunub. 

Həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər