Anar Bayramovun təqdimatında: NKA çekindəki uyğunzluqlarla bağlı maliyyə sanksiyaları

Anar Bayramovun təqdimatında: NKA çekindəki uyğunzluqlarla bağlı maliyyə sanksiyaları

Tanınmış vergi mütəxəssisi Anar Bayramov vergi orqanı tərəfindən son zamanlar operativ vergi nəzarəti tədbirləri zamanı NKA çeklərində uyğunsuzluğa görə vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyalarının 2 halı üzrə münasibət bildirib: " Əhaliyə pərakəndə qaydada mal satan və ya xidmət göstərən şəxslər kassa çeki təqdim edərkən diqqətli olsunlar. Əks təqdirdə vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri zamanı cərimə edilə bilərlər.
Son vaxtlar əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət etmək məqsədilə vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilir. Nəzarət tədbirinin predmeti vergi ödəyicisi tərəfindən müştəriyə təqdim edilən kassa çekinin qanunvericiliyə uyğunluğunun yoxlanılmasıdır. Məsələn, bəzən müştərilər 17 manat dəyərində mal və ya xidmət alır, satıcıya 20 manat pul verir və satıcı müştəriyə 3 manat pul qaytarır. Amma satıcı kassaya 17 manat pul vurur. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən bu formada əhali ilə nağd pul hesablaşmalarının aparılması qanun pozuntusudur və ilk dəfə belə hal üçün 1000 manat cərimə edilə bilərlər.
Baxmayaraq ki, vergi ödəyicisi vergidən yayınmır, amma əhali ilə pul hesablaşmalarını qanunvericiliyə uyğun aparmır. Belə ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələblərə cavab verməyən kassa çeki ilə əhali ilə pul hesablaşma apardıqda vergi ödəyicisinə ilk dəfə üçün 1000 manat sanksiya tətbiq edilir. Vergi Məcəlləsinin 50.8-ci maddəsində isə tələb edilir ki, müştəriyə qaytarılan məbləğ mütləq kassa çekində qeyd edilməlidir. Yəni əslində vergi ödəyicisi kassaya 20 manat vurmalıdır və müştəriyə qaytardığı 3 manat qalıq məbləğ kassa çekində qeyd olunmalıdır. Habelə kassa çekindəki saatla real vaxt eyni olmalıdır.
Bəzən olur ki, texniki qüsur olaraq nəzarət kassa aparatındakı saatla real vaxtdakı saat arasında fərq olur. Bu hal da qanun pozuntusudur və belə olan halda da vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Bəzən olur ki, vergi ödəyicisinin öz satış proqramı birbaşa inteqrasiya edilir nəzarət kassa aparatına. Yəni satış əməliyyatını və pul hesablaşmasını əvvəlcə öz satış proqramında həyata keçirir və sonra həmin proqramda baş verən əməliyyatlar inteqrasiya edildiyi nəzarət kassa aparatına ötürülür. Və bu satış proqramları da qanunvericiliyin tələbinə uyğunlaşdırılmayıb. Belə olan halda vergi ödəyicisi satış proqramını və hər ay bu proqram üçün xidmət aldığı şirkətə müraciət edərək satış proqramını da qeyd edilən qanunvericilikdə nəzərdə tutulan formaya uyğunlaşdırmasını tələb etməlidir."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər