DİQQƏT! Nəzarət-kassa aparatının çeki ilə bağlı fərqli maliyyə sanksiyası

DİQQƏT! Nəzarət-kassa aparatının çeki ilə bağlı fərqli maliyyə sanksiyası

Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarətlə bağlı fəaliyyət operativ vergi nəzarətin əhatə dairəsinə daxil edilib. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə  cavab verməyən nəzarət-kassa aparatı çekini təqdim edən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edirlər. Qeyd edək ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
- vergi ödəyicisinin adı;
- VÖEN; 
- çekin vurulmasının tarixi və saatı;
- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
- cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
- nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
- malın sürətli məlumat kodu (Quick Response Code);
- ödənilmiş məbləğ;
- avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
- müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
- ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
- çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 
- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
- geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
- nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 
- yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

Həmkarlarımzdan daxil olan məlumata əsasən, son zamanlar vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı nəzarət-kassa aparatının çeki ilə bağlı fərqli maliyyə sanksiyası tətbiq edilir.

Misal.  Pərakəndə satış fəaliyyətini həyata keçirən vergi ödəyicisinin təqdim etdiyi malın dəyəri 2 manat təşkil edir. Vətəndaş malın dəyərini ödəniş etdikdə 5 manat məbləğində əksinası nağd formada vergi ödəyicisinə təqdim edir. Bu zaman vergi ödəyicisi vətəndaşa 3 manat məbləğində geri qaytarmanı həyata keçirsə də, NKA çekinə vətəndaşdan daxil olan ödənişin məbləğin 2 manat olaraq qeyd edir. Vergi Məcəlləsinin 50.8.11-ci maddəsinə əsasən, müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarət-kassa aparatının çekində qeyd olunmalıdır. Vergi ödəyicisi 3 manatl qalığ məbləğini nəzarət-kassa aparatında qeyd etmədiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq,  təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edir. Baxmayaraq ki, qeyd edilən əməliyyat zamanı vergidən yayınma halı olmasa da, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq NKA çeki üzrə tələblərin pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Bu səbəbdən də, NKA çeki təqdim edən vergi ödəyiciləri Vergi Məcəlləsinin 50.8-ci maddəsinə uyğun olaraq vətəndaşın ödənişi zamanı ona qaytarılan qalıq məbləğinin qeyd olunmasına diqqətlə yanaşsınlar. Əks halda vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyasının tətbiqinə məruz qala bilərlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər