DİQQƏT! Dövlət Vergi Xidməti adından saxta internet resursları yaradılır

DİQQƏT! Dövlət Vergi Xidməti adından saxta internet resursları yaradılır

DVX: "Şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar"

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır. Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.

Əhalinin “ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.

Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.

Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik:

Rəsmi internet saytı - www.taxes.gov.az

İnternet Vergi İdarəsi www.new.e-taxes.gov.az

“ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az

Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsini xahiş edirik.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər