Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Cavid Kəngərli son illərdə  9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.  

Diqqətə çatdırılıb ki, son bir neçə ildə muxtar respublikanın iqtisadi həyatında böyük canlanma, iqtisadi fəallığın sürətli artımı müşahidə olunur. Buna səbəb regionda biznes üçün yaradılmış əlverişli mühit, müasir inzibatçılıq, stimullaşdırıcı alətlərin və təşviq mexanizmlərinin tətbiqidir.

Qeyd edək ki, Cavid Kəngərli 21 fevral 1968-ci il tarixdə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 1992-ci ildən vergi orqanlarında çalışır. Son illərdə Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviridir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər