Emil Qarayev Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edildi
Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb. E. Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu.
O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.
2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.
2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - Satışı davam edir
8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda
10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda
11. Vergi Platforması - 2024 - iyun ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın