DƏYİŞİKLİK: Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları necə artırılacaq?

DƏYİŞİKLİK: Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları necə artırılacaq?

Maaşlarının 3 misli qədər mükafat alması təklif edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları artırılması nəzərdə tutulub. Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Yenilənəcək əsasnaməyə əsasən, həqiqi dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 60 manatdan 200 manata, I dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 54 manatdan 180 manata, II dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 51 manatdan 160 manata, III dərəcəli dövlət vergi xidməti müşavirinin (III dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbə maaşı 48 manatdan 145 manata, baş vergi xidməti müşavirinin (baş ədliyyə müşaviri) xüsusi rütbə maaşı 45 manatdan 130 manata, vergi xidməti müşavirinin (ədliyyə müşaviri) xüsusi rütbə maaşı 42 manatdan 115 manata, kiçik vergi xidməti müşavirinin (kiçik ədliyyə müşaviri) xüsusi rütbə maaşı 39 manatdan 100 manata, I dərəcəli vergi müfəttişinin (I dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 36 manatdan 80 manata, II dərəcəli vergi müfəttişinin (II dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 33 manatdan 65 manata, III dərəcəli vergi müfəttişinin (III dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 30 manatdan 55 manata çatdırılacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədi ilə aylıq vəzifə maaşlarının 3 misli qədər əlavə vəsait ödəniləcək.

Bu məqsədlə, hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlar üçün vəsait nəzərə alınacaq.

Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavə ödəniləcək. Əlavələrin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər