DİQQƏT! Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmət olmasının maksimum yaş həddi müəyyən edilir?
Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmət olmasının yaş həddi müəyyən edilməsi gözlənilir. Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb. Belə ki, Əsasnaməyə aşağıda əlavələrin olması təklif edilir:
"78-1. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmət olmasının yaş həddi 65 yaşdır.
78-2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
78-3. Bu Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş ya həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildə çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir."
Təklif edilən maddələrdən göründüyü kimi, Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında çalışmanın yaş həddi 65 yaş müəyyən edilməsi gözlənilir. Təbii ki, həmin yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün istisna edilməsi də nəzərdə tutulur. Bundan əlavə, Əmək Məcəlləsi ilə tənzimənən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə olduğu kimi, çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilməməsi layihədə əks olunub.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA
5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda
8. Əmək Bələdçisi - 2024 - May ayından satışda
9. Əmək Platforması - 2024 - Aprel ayından satışda
10. Vergi Platforması - 2024 - May ayından satışda satışda
11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - Mart ayından satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın