YENİ DƏYİŞİKLİK! Vergilər üzrə borcların ödənilməsi qaydası dəyişdirildi

YENİ DƏYİŞİKLİK! Vergilər üzrə borcların ödənilməsi qaydası dəyişdirildi

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 88-ci maddəsində edilən dəyişikliklərdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğlərinin istisna olunması qeyd edilir. Həmçinin, Vergi Məcəlləsinə əlavə edilən 88.2-1-ci maddəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir.
Bildiyimiz kimi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində məhkəmə ilə bağlı borc olarsa, o zaman yeni bölmə yaradılır. Bu səbəbdən də Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq vergilər üzrə borcların ödənilməsi qaydasında redaktə tipli düzəlişin həyata keçirilməsinə ehtiyac yaranıb.
Misal. Məhkəmə qərarına əsasən vergi ödəyicisinin 10 000 manat borcu yaranıb. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 2 000 manat məbləğində vergi borcu da mövcuddur. Məhkəmə qərarı əsasında vergi ödəyicisinə əmlakının satışından 3 000 manat ödəniş daxil olub. Bu zaman həmin ödəniş məhkəmə borcunun ödənilməsinə yönəldiləcək. Bundan əlavə, vergi ödəyicisi könüllü surətdə məhkəmə üzrə borcunu təsnifata uyğun ödədiyi halda həmin məbləğ şəxsi hesab vərəqəsinə yönəldiləcək.
Vergi Məcəlləsində qeyd edilən dəyişikliyin əsas səbəblərindən biri vergi orqanı ilə məhkəmələr arasında yaranan problemin həllinə dəstək olmaqdır. Təcrübədə vergi orqanı tərəfindən vergi ödəyicilərinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə prosesi həyata keçirilir. Vergi ödəyicisi borc məbləği üzrə ödəniş qəbzlərini məhkəməyə təqdim etdikdə məhkəmə borcun ödənildiyini əsas gətirərək iş üzrə icraata xitam verirdi. Amma vergi ödəyicisinin şəxsi vərəqəsində borcun ödənilməsi ardıcılığı pozulduğu üçün məhkəmə prosesi üzrə borc məbləği tam bağlanmırdı. Bu cür hallar isə inzibati orqanla həm vergi ödəyicisi, həm də məhkəmə arasında narazılığın yaranmasına səbəb olurdu. Vergi Məcəlləsinin 88-ci maddəsində edilən dəyişiklik nəticəsində həmin proses də tənzimlənəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər