YENİ DƏYİŞİKLİK! Vergi ödəyicisinin xərcləri olduqda gəliri necə hesablanacaq?

YENİ DƏYİŞİKLİK! Vergi ödəyicisinin xərcləri olduqda gəliri necə hesablanacaq?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 67.3-1-ci maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.
Son dəyişikliyədək vergi öədəyicisinin mənfəətini (gəliri) müəyyən etmək mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilən “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” qaydalarına istinad edilirdi. Həmin qaydaların 6.1.2-ci maddəsində qeyd edilirdi ki, vergi ödəyicisinin mənfəəti onun fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyənləşdirkdə aşağıdakı düsturdan istifadə edilir:
M1 = X1 : 100 x R
burada:
M1 — vergi ödəyicisinin mənfəəti;
X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər;
Qeyd edək ki, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.
Misal. Vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirləri rəsmiləşdirilməsə də, 2024-cü il üzrə xərcləri 50 000 manat müəyyən edilib. Vergi orqanı bu zaman vergi ödəyicisinin vergi tutulan mənfəəti (gəliri) müəyyənləşdirilərkən 50 faiz həcmində rentabellik hesablayır. Yəni vergi ödəyicisinin vergi tutulan mənfəəti 75 000 manat (50 000 (xərclərin məbləği) + 25 000 manat (50 faiz həcmində rentabellik hesablanması) müəyyən ediləcək. Bu zaman mənfəət vergisi də 25 000 manatdan hesablanacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər