YENİ DƏYİŞİKLİK! Malların alışı ilə bağlı çəkilən xərclərin dəyərinin təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi üsulu ilə hesablanması niyə Məcəllədən çıxarıldı?

YENİ DƏYİŞİKLİK! Malların alışı ilə bağlı çəkilən xərclərin dəyərinin təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi üsulu ilə hesablanması niyə Məcəllədən çıxarıldı?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 58.16-cı maddəsinə edilən dəyişikliyə əsasən, “58.8-ci” sözləri “58.8.2-ci” sözləri ilə əvəz edilib və maddədən ikinci cümlə çıxarılıb. Qeyd edək ki, dəyişikliyə qədər Vergi Məcəlləsinin 58.16-cı maddəsinin ikinci cümləsində qeyd edildirdi ki, alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.
Maraqlıdır, malların dəyərinin müəyyən edilməsi üçün təklif olunan düstur niyə Vergi Məcəlləsindən çıxarıldı? Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin ləğvi ilə bağlı izahda qeyd etdik ki, 1 yanvar 2024-cü il tarixdən etibarən vergi ödəyicisinin Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərinin gəlirdən çıxılmasına yol verilməyəcək. Bu səbəbdən də vergi orqanı tərəfindən alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyərinin müəyyən edilməsinə ehtiyac yaranmayacaq. Cünki həmin xərclərə görə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilməyəcək və gəlirdən çıxılmasına da icazə verilməyəcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər