Dövlət Vergi Xidmətindən Peşəkar Mühasib Sertifikatı ilə bağlı Bildiriş

Dövlət Vergi Xidmətindən Peşəkar Mühasib Sertifikatı ilə bağlı Bildiriş

Dövlət Qurumu İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsini xatırlatdı..

Dövlət Vergi Xidməti rəsmi veb saytında Sertifikatlaşdırma haqqında bildiriş paylaışıb: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiqlənmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları”na əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kommersiya təşkilatlarda baş mühasib vəzifəsində çalışan işçilər 31.12.2023-cü il tarixinə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları” sertifikatlara malik olmalıdırlar.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə uyğun olaraq peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxlərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 AZN-dən (üç yüz manat) 400 AZN-dək (dörd yüz manat) məbləğdə cərimə edilir.

Ətraflı məlumat üçün (012) 404 81 59 və (055) 404 81 50 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər