DƏYİŞİKLİK! Kiçik Sahibkarlıqla İş Baş İdarəsi kameral vergi yoxlaması həyata keçirməyəcək

DƏYİŞİKLİK! Kiçik Sahibkarlıqla İş Baş İdarəsi kameral vergi yoxlaması həyata keçirməyəcək

Dövlət Vergi Xidmətinin strukturunda ciddi dəyişikliklər

Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı, aktiv vergi ödəyicilərinin sayının əhəmiyyətli şəkildə artması, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi və sahibkarlıq fəaliyyətinin aktivləşməsi vergi orqanlarının idarəetmə sisteminin müasir çağırışlara uzlaşdırılmasını zəruri edir. Bu zərurətdən irəli gələrək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunda optimallaşdırmalar aparılıb.

Aparılan islahatlar çərçivəsində əsas məqamlar bunlardan ibarətdir:

  • İşğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.
  • Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
  • Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında əsas hədəf vergidənyayınma risklərinin əvvəlcədən təhlili və müvafiq tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq.
  • Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb. Qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
  • 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Bu dəyişiklik səyyar və kameral yoxlamalar sahəsində vahid yanaşmanın tətbiqi, yoxlamaların effektivliyinin artırılmasına imkan verəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

1 Komment

  1. Məhluqə Rəhimova 30 Dekabr 2023

    Sehri Məsimli kiçik sahibkarlıqla məşğul idi. Fegionlarda 2%-ödəniş zamanı fəaliyyət göstərirdi. Bakdan BORC YOX verilib. Lakin 11 saylı ərazi vergilər idarəsi (Yevlax) tərəfindən 2 ildə 70 000-nə çıxmayan əməliyyatını kameral hesablayaraq borc hesablamışdılar. Dəfələrlə müraciət etməmizə baxmayaraq düzgün hesablama etmirlər. Xahiş edirik bu məsələnin həllinə dəstək verin. Sehri Məsimli Rəbbin qızı. Bərdə rayonu Yenidaşkənd kənd sakinidi. Hal- hazırda Bakı şəhərində yaşayır. Ailəlidir. Bu problem ailəsində də ciddi narazılıq yaradıb. Haqsız olaraq Bərdə Polis İdarəsi İcra şöbəsinə verilib. Sahibkar bu səbəbdən də işini dayandırıb. İşlədiyi halda dövlət büdcəsinə xeyir gətirən sahibkarı haqsız yerə KAMERAL hesablayaraq kiçik sahibkarlıqla məşğul olmasına problem yaradan məmurların qarşısını almaq lazımdır. Hər bir Azərbaycan vətəndaşı vətənimizin bu ağır keçid dövründə vergi ödəməyi özünə borc bilir. Lakin sahibkarı bu vəziyyətə salmaq doğrü deyil. Yeni çıxan qərar inanıram Sehri xanıma qarşı yaradılan süni problemi aradan qaldıracaq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün bu əngəllər aradan qaldırılmasını Sizdən xahiş edirik.. VÖEN: 4000335432

Şərh yazın

Xəbərlər