"BİZCON" Şirkətinin təqdimatında: "Vergi Məcəlləsi-2024"

"BİZCON" Şirkətinin təqdimatında: "Vergi Məcəlləsi-2024"

23 dekabr 2023-cü il tarixində ARPA və Gənc Mühasiblər Birliyinin dəstəyi ilə həmtəsisçisi və rəhbəri olduğum "BİZCON" Şirkətinin təşkilatçılığı ilə Landmark Hoteldə "Vergi Məcəlləsi-2024" adlı ödənişsiz, maarifləndirici tədbir həyata keçirilmişdir.  "BİZCON" Şirkətinin həmtəsisçisi, vergi eksperti Anar Bayramov Vergi Məcəlləsində təklif edilən son dəyişikliklər haqqında təqdimatı tədbirin iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə həmçinin xüsusi qonaq olaraq Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəsi müavini Əvəz Quliyev və Vergi Qanunvericilik şöbəsinin rəisi Azər Mustafayev iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırdılar və 2024-cü ildən vergi qanunvericiliyinə nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi barədə ətraflı məlumat verdilər. Moderatoru Mehdi Babayev olan tədbirdə mühasiblər, vergi mütəxəssisləri, sahibkarlar, auditorlar, maliyyə mütəxəssisləri, müxtəlif təşkilatların rəhbərləri və media nümayəndələri də olmaqla 350 nəfərdən artıq şəxs əyani olaraq iştirak etmişdir.
telim

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər