189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələbinə görə ... 8 il 1 ay həbs

189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələbinə görə ... 8 il 1 ay həbs

Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əliyev Əjdər Nəsib oğluna hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Zaur Adilova 8 il 1 ay, Əjdər Əliyevə isə 8 il 2 ay həbs cəzası verilib. Onların hər ikisi 2 il vəzifə tutmaq hüququndan da məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, 1982-ci il təvəllüdlü Z.Adilov və 1960-cı ildə anadna olmuş Ə.Əliyev əlbir olaraq İrandan Azərbaycana kartof idxal edən şirkətin rəhbərindən MMC-nin 189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələb ediblər.

Bundan sonra şirkət rəhbəri hüquq-mühafizə orqanlarına müraciət edib və məhkəmənin qərarı ilə vəzifəli şəxslərin izlənməsinə başlanılıb. Həmçinin şikayət etmiş iş adamının üzərinə texniki izləmə qurğusu (gizli kamera) yerləşdirilib. Tərəflər əvvəlcə 15, sonra isə 12 min manat rüşvət müqabilində “razılıq” əldə etdikdən sonra sahibkar ona dövlət qurumu tərəfindən təqdim edilmiş pulları vəzifəli şəxslərə verərkən əməliyyat keçirilib.

Z.Adilov və Ə.Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər