Qərar: Hansı halda banklar qeyri-rezidentə ödənilən məbləğdən vergi tutmayacaq?

Qərar: Hansı halda banklar qeyri-rezidentə ödənilən məbləğdən vergi tutmayacaq?

İqtisadiyyatın rəqəmsallaşması nəticəsində sürətlə inkişaf edən elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması məqsədilə cari ilin əvvəlində Vergi Məcəlləsində dəyişikliklər edilib.

Bundan irəli gələrək, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib. Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin tələblərinə uyğun hazırlanmış bu sənəd rezidentlərə (eyni zamanda vətəndaşlara) elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim olunmasından gəlir əldə edən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir.

Qayda Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir. Qərara əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınacaqlar. Qaydanın məqsədləri üçün qeyri-rezident dedikdə, internet vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident şəxs nəzərdə tutulur.

Qeyri-rezident tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda, vergi bəyannaməsi təqdim edilir:

  • işləri və xidmətləri alan rezident şəxs ödənişi Azərbaycanda yerləşən banklar vasitəsilə həyata keçirərsə;

 

  • həmin şəxs Azərbaycanda yerləşərsə;

 

  • şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycanda yerləşərsə;

 

  • mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aiddirsə.

Beləliklə, yeni qaydalara əsasən, uçota alınan qeyri-rezident şəxs tərəfindən xidmətlərin göstərilməsi zamanı vergi agenti, yəni banklar tərəfindən ödəmə mənbəyində ƏDV tətbiq edilməyəcək. Bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən, Vergi Məcəlləsinə uyğun olaraq hesablanıb ödəniləcək. Nəticə etibarilə, vergi öhdəliyi birbaşa qeyri-rezidentin özü tərəfindən icra ediləcəyindən, bu, qeyd olunanlarla yanaşı, vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə xidmət göstərəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər